UEFA Avro 2016

UEFA Avro 2016
Championnat d'Europe de football 2016  (fr.)
Yarış məlumatları
Ev sahibi Fransa
Tarix 10 İyun - 10 İyul 2016
Başlama tarixi 10 iyun 2016
Bitmə tarixi 10 iyul 2016
Stadion sayı 10
Yekun nəticəsi
Çempion Portuqaliya milli futbol komandası
Çempion  Portuqaliya (1-ci dəfə)
Gümüş medalçı  Fransa
Yarış statistikası
Oyun sayı 51
Qol sayı 108 (matç başına: 2.12)
Tamaşaçı sayı 2427303 matç başına: 47594
Mükafat sahibləri
Bombardir(lər) Fransa Antuan Qrizman (6 qol)
2012
2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 2016-cı il Avropa Çempionatı ya da qısaca olaraq Avro 2016, UEFA tərəfindən təşkil olunan 15-ci Avropa Futbol Çempionatıdır. Fransanın ev sahibliyi etdiyi turnir 10 İyun - 10 İyul 2016 tarixləri arasında baş tutub.Turnirdə Portuqaliya millisi qələbə qzanmışdır.[1][2] Son iki Avropa Futbol Çempionatında İspaniya qalib gəlmişdir.

1996-cı ildən bəri 16 komandanın iştirak etdiyi Avropa Futbol Çempionatında ilk dəfə olaraq 24 komanda çıxış edəcək.[3] Yeni formatda finalçılar 4 komandadan ibarət 6 qrupdan təşkil olunmuş qrup mərhələsindən sonra, üç turluq pley-off mərhələsi ilə ən sonda finalda yarışacaqlar. Turnirdəki 24 komandanın 19-u təsnifat mərhələsində qruplarda ilk iki yeri tutanlar və ən yaxşı nəticə göstərən üçüncü yerdəki komanda ev sahibi Fransa ilə birlikdə turnirə birbaşa vəsiqəni təmin etməklə, 4-ü isə üçüncü yeri tutan yerdə qalan komandaların səfərdə və evdə keçirdikləri pley-off matçlarından sonra turnirdə iştirak edəcək sonuncu komandaları müəyyən etmişdir.

Turnirə ev sahibliyi edəcək ölkə 28 May 2010-cu ildə İtaliya, Türkiyə ve Fransa arasından seçilmiş və Fransa ən sonda Türkiyəni bir xal qabaqlayaraq iştirak hüququnu əldə etmişdir.[4][5] Matçlar 10 şəhərdə 10 fərqli stadionda oynanılacaq. Bunlar: Bordo, Lans, Lill, Lion, Marsel, Nis, Paris, Seynt-Denis, Seynt-Éttyen və Tuluzadır. Fransa bu turnirə 1960-cı ildəki açılış turniri ve 1984-cü ildən sonra ikinci dəfə ev sahibliyi edəcəkdir. Ev sahibi Fransa 1984-cü ildə ve 2000-ci ildə turnirdə qalib olmuşdur.

Turnirin qalibi olan komanda (Portuqaliya millisi) 2017-ci ildə Rusiyada keçiriləcək FİFA Konfederasiyalar Kubokuna birbaşa iştirak hüququ əldə edəcək.

  1. "UEFA Euro 2016: Key dates and milestones" Arxivləşdirilib 2018-03-04 at the Wayback Machine. UEFA.com. 1 Fevral, 2013
  2. UEFA Euro 2016 steering group meets in Paris[ölü keçid]. UEFA.com. 23 Oktyabr, 2013
  3. "UEFA approves 24-team Euro from 2016". UEFA.com. Avropa Futbol Federasiyaları Birliyii. 27 Sentyabr, 2008. 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Sentyabr, 2015.
  4. Chaplin, Mark. "2016 bidding process given green light". UEFA.com. Nyon: Avropa Futbol Federasiyaları Birliyii. 12 Dekabr 2008. İstifadə tarixi: 11 Yanvar 2011.[ölü keçid]
  5. "France beat Turkey and Italy to stage Euro 2016". BBC Sport. British Broadcasting Corporation. 28 May 2010. 12 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Yanvar 2011.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search